II Avropa Oyunlarına 7 ölkə namizəddir


16:00     22 İyun 2015 1546017_10204760935447248_7595504793920486223_n.jpg

2019-cu ildə II Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var.

Femida.az xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Reuters"deyib.

P.Hikki bildirib ki, əvvəlki 5 namizədlə Oyunların keçirilməsi və təşkilati məsələlər müzakirə edilib: “Əvvəlcə 6 namizədimiz var idi. Niderlandın imtina etməsindən sonra 5 namizəd ölkə qaldı. Bakıda I Avropa Oyunlarının uğurla keçirilməsi ilə bu ölkələrin sırasına daha iki ölkə qatıldı".

O, qeyd edib: "Beləliklə, indi bizim yaxşı seçim etmək imkanımız olacaq. Ancaq hələlik yekun qərar qəbul edilməyib".

Açar sözlər:

Oxunub: 1118