İlham Əliyevin qatıldığı sərgidən - FOTOLAR


20:23     01 İyun 2016 prezsergi1iyun%20(4)%20(1).jpg

Bu gün Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransı, həmçinin VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi keçirilib.

Femida.az xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. VI Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.

Femida.az sərgidən olan fotoları təqdim edir:

Açar sözlər:

Oxunub: 1523