“Azərbaycanın raketlərinə 1 dəqiqə də müqavimət göstərə bilmərik” - Samvel Babayan


20:32     01 İyun 2016 Samvel%20Babayan3.jpg

“Azərbaycan hərbçilərinin yarım saat ərzində ələ keçirdiyi mövqelər strateji obyektlər idi”.


Femida.az xəbər verir ki, bunu qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq “müdafiə naziri”, Ermənistana yeni qayıdan Samvel Babayan deyib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər ikili təyinatlı strateji məntəqələr olub:

“Həmin strateji yüksəkliklərdən Gəncə, Beyləqan və Azərbaycanın digər ərazilərinə nəzarət etmək mümkün idi. Xüsusilə Ağdərə istiqamətində strateji əhəmiyyəti olmayan mövqe yoxdur”.

Keçmiş hərbçi deyib ki, Azərbaycan böyük miqdarda silahlar alır və müharibəyə hazırlaşır: “Qarşı tərəf artilleriyaya, raket və hərbi-hava qüvvələrinə xüsusi diqqət yönəldir ki, bununla da təmas xəttindəki erməni mövqelərini, habelə şəhərlərini və kəndlərini yerlə yeksan edə bilər”.

O, əlavə edib ki, rəsmi Bakı Naxçıvanda İsrail və Rusiya istehsalı olan reaktiv sistemlər quraşdırıb: “Nə üçün? Qarabağa zərbə endirmək üçün? Bunun üçün onlar həmin sistemləri Naxçıvanda yox, təmas xəttində yerləşdirməli idilər. İrəvandan Naxçıvana olan məsafə cəmi 42 kilometrdir. Azərbaycanın yerləşdirdiyi bu silahlar 70-150 kilometr məsafəni vura bilir. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq?

Bakıda çay içəcəyik, deməklə iş yekunlaşmır. Mən qorxuram ki, Azərbaycan ordusu tezliklə İrəvanda çay içəcək. Bizim əsgərlərimiz Azərbaycanın raketlərinə 1 dəqiqə də müqavimət göstərə bilməz. Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, insan həmin yerdə necə dayana bilər?”.



Açar sözlər:

Oxunub: 11050