“Yaxın günlərdə Azərbaycanda “sxodka” olacaq” – KRİMİNAL ALƏM


17:35     22 İyun 2015 377268_450176.jpg

Mahmud Hacıyev: “Ölkədə narkoman, narkotika satan, onun daşıyıcısı varsa, sərhəddən narkotika keçirilməsi halları baş verirsə, deməli “narkobaron” da var”

Bir neçə gün öncə Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Bakıda “narkobaron” bıçaqlanması ilə bağlı mətbuatda yayılmış məlumata münasibət bildirərkən deyib ki, Azərbaycanda cinayətkarlığa qarşı aparılan ciddi mübarizənin nəticəsidir ki, artıq ölkədə nə “narkobaron” var, nə də “vorzakon”: “Onların kökü 1994-cü ildə kəsilib”.

Görəsən, həqiqətənmi ölkəmiz “narkobaron” və “vorzakon”lardan birdəfəlik xilas olub?

Femida.az xəbər verir ki, sabiq polis polkovniki Mahmud Hacıyev DİN rəsmisinin reallığı söyləmədiyini bildirdi:
“Bu elə bir məsələdir ki, onunla bağlı qəti rəy bildirməyin özü düzgün deyil. Cəmiyyət olan yerdə cinayət olmalıdır. Köhnə kommunist təfəkkürü dövründə Xruşov deyirdi ki, kommunizm qurulandan sonra cinayət də olmayacaq. İkinci bir tərəfdən, cinayət varsa, deməli cinayətkar da var. Cinayətkar aləm varsa, deməli onun avtoriteti də vardır. Deməli, onda “vorzakon” da var. Ölkədə narkoman, narkotika satan, onun daşıyıcısı varsa, sərhəddən narkotika keçirilməsi halları baş verirsə, deməli “narkobaron”, başda dayanan “krışa” da var. Bu elementar bir məntiqdir. Ola bilsin, Azərbaycanda bir neçə dəfə məhkum olunanlara hələlik “tac” qoyulmayıb, yəni ad verməyiblər. Amma yəqin ki, yaxın günlərdə kiməsə belə bir ad verəcəklər. Onların ad vermə ilə bağlı özlərinin qurultayı, “sxodka”sı olur. Bu olacaq”./ yenicag/

Açar sözlər:

Oxunub: 2083