Öcalana parlamentdə yeni vəzifə


18:04     22 İyun 2015 ocalannn.jpg

Ən gənc 6 millət vəkili müvəqqəti katib kimi TBMM-də seçilmiş millət vəkillərinin adlarını oxuyacaq. PKK-nın rəhbəri Abdullah Öcalanın qohumu Dilək Öcalan da Dəniz Baykalın köməkçisi kimi müvəqqəti olaraq bu vəzifədə çalışacaq.


TBMM-in 25-ci fəaliyyəti sabah təşkil olunacaq andiçmə mərasimiylə başlayacaq. Mərasimi Məclisin ən yaşlı üzvü kimi CHP-ninAntalya Millətvkili Dəniz Baykal idarə edəcək.

“Haberturk” – də yer alan xəbərə görə terror təşkilatı PKK-nın rəhbəri Abdullah Öcalanın qohumu Dilək Öcalan da mərasim təşkilatçılarından biri olacaq.

TBMM-in andiçmə mərasimində uzun iş qrafiki mövcud olacaq. 550 millət vəkili kürsüyə çıxaraq bir-bir anlaşıqlı şəkildə konstitusiyada yazılmış millət vəkili andını oxuyacaq. Hər vəkil üçün andiçmənin bir dəqiqə davam etdiyini nəzərə alsaq, mərasimin 10 saat davam edəcəyi gözlənilir.

Uzun iş qrafikinə görə 6 millət vəkili müvəqqəti katib kimi Dəniz Baykala yardım etmək üçün davamlı olaraq millət vəkillərinin adlarını oxuyacaq.

Həmin 6 gənc vəkil aşağıdakıllardır:

HDP - Tuğba Hezer-1989
AKP - Fatma Gaye Güler - 1988
HDP - Dilek Öcalan-1987
AKP - Abdurrahim Boynukalın- 1987
HDP - Enise Güneyli-1986
AKP - Sena Nur Çelik-1986.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1265


Oxşar xəbərlər