OPEC üzvləri yenə anlaşa bilmədi


23:43     02 İyun 2016 opec-dvlknd%20ıkj38ac28c8.jpg

Vyanada Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) toplantısı keçirilib.


Femida.az “Bloomberg”ə istinadən xəbər verir ki, OPEC nümayəndəsi kartelin yeni neft hasilatı razılaşması təmin edə bilmədiyini söyləyib. Bu da neft ölkələrinin hasilatı azaltmayacaqları deməkdir: “OPEC-in bugünkü iclasında status-kvonu davam etdirmək qərarı verilib. Təşkilatın üzvlərinin istehsal kvotası məsələsində razılaşmadığı bildirilir.Vyanada OPEC iclasında iştirak edən bir nümayəndənin verdiyi açıqlamaya görə, OPEC, üzvlərin yeni bir istehsal "tavanı" məsələsində razılığa gələ bilməməsindən sonra, sərbəst neft hasilatı siyasətinə davam etmək qərarı verilib”.

Onu da bildirək ki, hələlik rəsmi açıqlama yoxdur. OPEC nümayəndəsindən alınan məlumata görə, OPEC neft istehsalı məsələsində hər hansı bir razılığa gəlməyib. OPEC-də də de-fakto lider olan Səudiyyə Ərəbistanı, istehsal hədəfini yenidən müəyyənləşdirmək məsələsini gündəmə gətirmişdi. İran bu təklifi rədd etmişdi.

Yeri gəlmişkən, hasilatın azaldılmayacağına dair xəbərlərdən sonra neft ucuzlaşmağa başlayıb. WTI xam nefti 1,7% ucuzlaşaraq 48.17 dollara, Brent nefti isə 1,3% ucuzlaşaraq 49,10 dollara düşüb. Hansıki Brent nefti günorta saatlarında 50,20 dollara yüksəlmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1147