OPEC-ə yeni baş katib seçilib


01:27     03 İyun 2016 opec5.jpg

Nigeriyanın dövlət neft şirkətinin keçmiş rəhbəri Məhəmməd Barkindo Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi vəzifəsinə seçilib.


Bu barədə qərar OPEC-in Vyanada keçirilən 169-cu toplantısında qəbul edilib.

2007-ci ildən bu vəzifəni icra edən Abdalla Salem əl-Badrinin səlahiyyət müddəti çoxdan başa çatmasına baxmayaraq, kartelə üzv dövlətlər arasında bu vəzifəyə vahid namizəd üzərində ortaq məxrəc əldə etmək mümkün olmurdu.

Üç il müddətinə baş katib vəzifəsinə seçilən Məhəmməd Barkindo səlahiyyətlərini avqust ayından icra etməyə başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1348


Oxşar xəbərlər