İlham Əliyev Latviya prezidenti ilə görüşdü


19:13     22 İyun 2015 1413796804_ilham-aliyev15.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Femida.az xəbər verir ki, dövlət başçısı Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirib, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.
- See more at: http://axar.az/news/55969#sthash.Rd6WsXoZ.dpuf

Açar sözlər:

Oxunub: 583