“Facebook”- da paylaşımlarınız niyə görünmür? - SƏBƏB


21:13     15 Aprel 2015 fatysbukgoz.jpg

Son zamanlar “Facebook”da xəbər lentində yalnız bir neçə şəxslərin paylaşımlarını görürsünüz? Status, şəkil və ya link paylaşdığınız zaman onlara yalnız eyni adamların şərh yazdığını müşahidə edirsiniz? Sanki, digər şəxslər həmin paylaşımlara heç əhəmiyyət vermirlər? Narahat olmayın, hamı sizi sevir və heç kim sizi blok eləmək niyyətində deyil.

Problem bundadır ki, sizin dostlarınızın böyük hissəsi paylaşdıqlarınızı görmür. Səbəb isə budur: Belə desək, “Yeni Facebook” ilkin vəziyyətdə elə tənzimlənib ki, paylaşımlarınızı yalnız sizin iki həftədən az müddətdə əlaqə yaratdığınız şəxslər görür.

Başqa sözlə, sizə son iki həftə ərzində şərh yazmayan istifadəçilər paylaşımlarınızı görmür.

AzVision.az bu problemin həll etməyin yolunu açıqlayır:

Əsas səhifənin sol hissəsində, “Xəbər Lenti” yaxınlığında düyməni vurun. Açılan menyuda “Üst söyləntilər”in (Top Stories) əvəzinə “Ən Yenilər”i (Most Recent) seçin.



YAXŞI XƏBƏR: İndi siz dostlarınızın paylaşdığı hər şey görə biləcəksiniz.

PİS XƏBƏR: Dostlarınızın böyük əksəriyyəti hələ də paylaşdıqlarınızı görmür. Onlarda sizin etdiyiniz dəyişiklikləri etməlidilər.

AzVision.az

Açar sözlər:

Oxunub: 502


Oxşar xəbərlər