Putin, Olland və Merkel bir arada


05:05     23 İyun 2015 putin6.jpg

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland bir araya gəlib.


Femida.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Görüş zamanı Ukraynanın şərqindəgedən proseslərdəki son vəziyyət, Minsk razılaşmasının icrası və sabah Parisdə keçiriləcək “Normandiya kvarteti” (Rusiya, Almaniya, Fransa, Ukrayna) Xarici İşlər Nazirləri Yığıncağı müzakirə edilib.

Tədbirdə Putin atəşkəs pozuntularının sona çatması, konstitusiya reformla əlaqədar problemlərin həll edilməsi və bölgədəki sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məsələlərinə toxunub.

Liderlər bundan sonra da bu tipli görüşlərin davam edəcəyi haqda qərar qəbul ediblər.

Açar sözlər:

Oxunub: 736