İrəvanda üsyan: Saxlanılanlar var (YENİLƏNDİ)


14:29     23 İyun 2015 6363c1204395.jpg

Nümayişçilərə qarşı güc tətbiq edilib, saxlanılanlar

Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb.

15 dəqiqə davam edən əməliyyat nəticəsində saxlanınanlar var.

***

İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə görüşub. A.Karapetyan aksiya iştirakçılarını ictimai asayişi pozmamağa, Baqramyan prospektini tərk edərək Opera teatrının qarşısındakı meydana keçməyə çağırıb.

“Bu küçə qanuni yolla açılmalı, paytaxtda ictimai asayiş və təhlükəsizlik bərpa olunmalıdı”, deyə A.Karapetyan bildirib.

Nümayişçilər, öz növbəsində, canlı efirdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdə israrlıdırlar. Bundan əvvəl onlar İrəvan polisinin rəis müavini Valeri Osipyanın prezidentlə görüşmək üçün 3-5 nəfərlik qrup yaratmaq təklifini rədd etmişdilər.

***

İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

İrəvan polisinin rəis müavini Valeri Osipyan prezidentlə görüşmək üçün tədbir iştirakçılarına 3 nəfərlik qrup yaratmağa təklif edib, lakin etirazçılar razılaşmayıb. Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər ki, asayiş keşikçilərinə müqavimət göstərildiyi halda aksiya dağıdılacaq.

Açar sözlər:

Oxunub: 817