“Sarkisyan ermənilərə oyun oynayır”


17:43     23 İyun 2015 20131204_rasim%20musabeyov1.jpg

İrəvanda vəziyyət gərginləşib, etiraz aksiyasının iştirakçıları küçələrə axışıb, hətta, şəhər sakinləri gecəni küçələrdə keçirib.


Bəzi siyasi şərhçilər İrəvandakı kütləvi çıxışları elektrik enerji tariflərinin artmasına qarşı etiraz aksiyası kimi dəyərləndirsə də, Moskvanın rəsmi İrəvana dəyişən mövqeyindən qaynaqlandığını da deyilir.

Millət vəkili, politoloq Rasim Musabəyov Femida.az-a açıqlamasında bildirib ki, İrəvanda keçirilən mitinqlər erməni xalqının reaksiyası olsa da, iqtidar bu mitinqlər üzərindən oyun oynayır:

“Ermənistanda kifayət qədər vətəndaş rəsmi Moskvadan üz döndərib. Ümumiyyətlə, ermənilərin ruslara münasibəti daim pis olub. Onlar həmişə ruslara qarşı kinli və iddialı olublar. Rusiya nə qədər ermənilərə kömək əlini uzatsa da, onlar narazı qaldıqlarını nümayiş etdirirlər. İstisna deyil ki, sakinlər elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər. Bu əhalinin etirazı idi. Amma Sarkisyan rejimi də nümayişlər üzərindən oyun aparır. Onlar Moskvaya nümayiş etdirir ki, qiymətlərin qaldırılması insanlar arasında etiraza səbəb olub və güc-bəla ilə qarşısını alır. Yəni əhaliyə zor tətbiqindən istifadə etməliyik mesajını verir. Çünki, Moskva qiymətlərin qaldırılmasıdan narazı qalmışdı. Onlar qiymətlərin 17 dram qaldırılmasını təklif edirdi. Lakin İrəvanda Tarif Şurası qiymətləri 10 dram qaldırdı. Ümumiyyətlə, İrəvanda anti-rus əhval onsuzda artmışdı.”

Qeyd edək ki, İrəvanda Tarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.

Əslində, ölkə hakimiyyəti yenə siyasət işlətməyə çalışıb. Yəni Tarif Şurasının bu qərarı ilə əhalini müəyyən mənada razı salmağa çalışıb. Amma əhali verilən qərarı məqbul saymayıb və etiraz dalğasının daha da yüksələcəyi ilə bağlı bəyanat veriblər.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1035