Binəli Yıldırım Co Baydenlə telefonda danışıb


13:00     09 İyun 2016 abd-baskan-yardimcisi-joe-biden-basbakan-binali-yildirim-i-aradi.jpg

Türkiyənin baş naziri Binali Yıldırım ilə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.


Femida.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Söhbət zamanı Co Bayden Türkiyədə son terror hadisələrini pisləyib.

“Vitse-prezident və baş nazir terrorizmə qarşı mübarizədə əməkdaşlıq edəcəklərinə söz veriblər. Həmçinin C.Bayden və B.Yıldırım Kiprdə siyasi nizamlanma üzrə səyləri dəstəkləyiblər”, məlumatda vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 1073