“Yetkinlik yaşına çatmayanların nikahı çoxalır”


18:06     23 İyun 2015 28369940.jpg

Yəqin ki, bir çoxunuz təqsdiq edər ki, valideynlər öz qohumuna yadlardan daha çox etibar edərək “qohum qohumun ətini yesə də, sümüyünü çölə atmaz” təfəkkürü ilə övladlarının ailə həyatı qurmalarına müdaxilə edirlər. Nəticədə, gələcəkdə doğulacaq uşaqlar qüsurlu doğulur.

Araşdırmalar zamanı müəyyən olunub ki, qohumluq əlaqəsi olmayanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4, qohum evliliklərində bu göstərici 4-8 % - dir. Bu o deməkdir ki, risk 2 dəfə artır. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda nikahların 50 %-dən çoxu qohum evlilikləridir ki, bu nikahlardan da doğulan uşaqların təxminən 50 % - i qüsurlu olur.

Məsələn, Tacikistanın Sağlamlıq və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə ailələrin qarşısını almaq məqsədilə yaxın qohumluq əlaqəsi olan cütlüklərin ailə qurmasını qadağan edən qanunun qəbul edilməsinə hazırlaşır. Bəs, Azərbaycanda bu qanun qüvvəyə minə bilərmi?

“Qanunvericilik heç bir halda qohum nikahlarını qadağan edə bilməz”

Sosioloq Əhməd Qəşəmoğlu qohum evliliyinin yolverilməz olduğunu bildirdi:

“Amma qohum nikahlar bacı-qardaş evliliyi kimi bir şeydir. Bu evliliklərin nəticələri göz qabağındadır. Adət-ənənə davam edirsə, biz də onun hesabına belə etməməliyik. Belə nikahlar yeni nəslin keyfiyyətini aşağı salır, həm də doğulacaq körpələrdə xəstəliklər yaradır. Tacikistanda verilmiş qərar doğru addımdır. Bu həm əxlaqi-mənəvi cəhətdən, həm də sosioloji baxımdan gözəl addımdır. Hökmən bu qanun Azərbaycan da da tətbiq olunmalıdır. Çünki, getdikcə əhalinin sayı artır. Bizim diqqət mərkəzimizdə əhalinin keyfiyyəti məsələsi olmalıdır. Milli müstəqil dövlətlərdə əhalinin keyfiyyəti ən qabaqcıl məsələ olmalıdır. Qohum evliliyi əhalinin keyfiyyətinə mənfi təsir edən amildir. Biz bunu adət-ənənə halında gələcək nəsillərə ötürməməliyik. Azərbaycanda bu sahədə ciddi addımlar atılmalıdır”.

Sosioloq belə evlilikləri insanların bir- birinə inamsızlığı ilə əlaqələndirir:

“İndi, insanlar bir-birlərinə etibar etmirlər. Hər gün boşanma xəbərləri yayılır. Ölkədə boşanmaların sayı günü gündən artır. Çox vaxt bir ailə başqa bir ailə ilə qohum olanda tərəflər arasında xoşagəlməz söz-söhbətlər olur. Ona görə də insanlar yaxından tanıdıqları üçün daha çox qohuma meyl edirlər”.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericliyinə görə, nikaha girmək könüllü olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında olur. Bəzi şəxslərin nikaha girməsi həm qanunverciliyə, həm də adət-ənənəyə ziddir. Bildiyiniz kimi, bacı-qardaşla nikaha girmək olmaz. Digər şəxslərlə ,o cümlədən əmiqızı, əmioğlu, dayıqızı bibioğlu,xalaqızı, xalaoğlunun nikaha girməyi ilə bağlı hər hansı qadağa yoxdur. Ailə Məcəlləsinə görə, nikaha girən tərəflər könüllü olaraq həkim müayinəsindən keçirlər.

Hüquqşünas Əliməmməd Nuriyev yaxın qohumların nikaha girməsinin əleyhinə olsa da bunun qanunvericilik qaydasına uyğun olaraq, qadağan olunmasının da tərəfdarı olmadığını deyir:

“Hesab edirəm ki, bu zaman nikahın könüllülük prinsipi pozulur. Bu, dövlətin ailə münasibətlərinə həddindən artıq müdaxiləsi kimi dəyərləndirilə bilər. Biz bir çox məsələləri qanunla qadağan etmişik. Məsələn, azyaşlıların nikahını qadağan etmişik, amma yenə də erkən nikahların sayı gün-gündən çoxalır. Yaxşı olar ki, bu istiqamətdə maarifləndirmə işləri aparılsın, bu nikahların ziyanlı tərəfləri göstərilsin”.

Şahverdi Şirinli
Femida.az


Açar sözlər:

Oxunub: 1167


Oxşar xəbərlər