Azərbaycanlı əsirlər `Metsamor`da işlədilir - ŞOK AÇIQLAMA (VİDEO)


15:38     09 İyun 2016 goksel7.jpg

Ermənistanda saxlanılan azərbaycanlı girov və əsirlər Metsamor Atom Elektrik Stansiyasında işlədilir.


Bu barədə Femida.az-a açıqlamasında Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM DER) sədri Göksəl Gülbəy məlumat verib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı əsir düşmüş və girovluqda olan azərbaycanlılar daş kömür mədənləri, qızıl yataqları ilə yanaşı, həmçinin “Metsamor AES” da işlədilir.

Qeyd edək ki, Ermənistan tərəfi 23 ildir ki Azərbaycanın tələblərini qulaqardına vuraraq əsir və girovları danır, onları qaytarmaqdan imtina edir. Əsir və İtkin Düşmüş Vətandaşlarla Əlaqədar Dövlət Komitəsinin 1 yanvar 2011-ci il məlumatına görə əsir və girovların sayı 4049 nəfərdir. Ermənistanda saxlanılan əsir və girovlardan 3273 nəfər hərbiçi, 771 nəfəri mülki şəxs, 5 nəfərin isə hərbçi və mülki şəxs olması bilinməyən şəxslərdir.

Femida.az Göksəl Gülbəy ilə video reportajı təqdim edir:



Müxbir: Miri Məcidli
Video: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 31963