Murad Köhnəqala oxucuların müdafiəsinə qalxdı


21:24     15 Aprel 2015 62B0BD15-2037-4B17-B612-D49FFFFEA8C3_w748_r1_s.jpg

Yazıçı Murad Köhnəqala yazar-oxucu münasibəti haqda sualımızı cavablandırıb:

- Murad bəy, son dövr yazarları oxucu azlığından və kitab satışının zəifliyindən şikayət edirlər. Sizcə, bu çatışmazlıq nədən yaranır?

- Əvvəla onu deyim ki, xalqımızın sayı, onun bağrından çıxan oxucunun sayı bir yazıçının kitabını satın alıb onu varlandırmaq üçün yetərli deyil. Məsələn, Rusiyada, Türkiyədə tirajı milyonu, iki milyonu keçən qəzetlər var. Belə qəzetlərin guşə yazarları kifayət qədər yüksək qonorar alırlar, çünki istehlakın miqdarı böyükdü.
Bizim yazarlara gəldikdə isə onlar Nobel mükafatından dəm vururlar, ancaq başa düşmək lazımdı ki, dünya oxucusunun yazıçısı olmaq istəyirsənsə sonuncu Nobel ödüllüsünü geridə qoymalısan. Yəni, hər bir iddialı yazar son dövrün ən modern janr texnologiyalarından istifadə etməli, sürtülmüş mövzulardan qaçmalı və yaratdığı mətndə təbii istedadı intellektlə itiləməlidi. Yəni pəncərədən yağışa baxıban duyğulanan yazıçının yaratdığı ədəbiyyat dünya səviyyəsinə çıxma imkanları sıfıra bərabərdi. Ədəbiyyatı evdar dulusçuluqla qarışdırmaq lazım deyil. Ona görə bizdə ortaya qoyulan əsərlər zəif təxəyyülün, yersiz melonxoliyanın təzahürü kimi Ramşteyni yetirən bir millət üçün heç vaxt maraqlı ola bilməz. Göz yaşları və ahu-zar ilə yaranan ədəbiyyat nəinki dünya oxucusu, heç doğma xalqımız üçün də maraqlı deyil. Günümüzün ədəbli süni kədər və yersiz söyüşlə dolu nəzm-nəsr nümunələriciddi ədəbiyyat hadisəsi deyil.
Qaldı ki, ümumiyyətlə, kitab oxuyanların sayı bu gün dünyanın hər yerində azalmaqdadı. Yəni, bir insan öz beyninin zövq və informasiya ehtiyacını virtual media ilə asanca doyuzdura bilir.

Məsələn, İsveçdə olarkən internet xidməti əlverişli olduğuna görə bir neçə dəfə kitabxanalara girmişəm. Fikir vedim ki, orada da kitab oxuyanların əksəriyyəti yaşlılar,yəni internet dövründən öncəki kitab epoxasının adamlarıdı.

Günay Arda

Açar sözlər:

Oxunub: 725