“Ermənilər türk torpaqlarında bəy balası kimi yaşayır” - VİDEO

“Ermənilər türk torpaqlarında bəy balası kimi yaşayır” - VİDEO

11:45     10 İyun 2016 ermeni34.jpg

“XX əsrin əvvəlində erməni silahlı dəstələri babam da daxil olmaqla Türkiyənin bir çox bölgəsində insanları vəhşicəsinə qətlə yetirib”.


Bunu Femida.az-ın İğdırda olan müxbirinə Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM DER) İdarə heyyətinin üzvü Qurban Oluz deyib.

“Ermənilər başından bəri yalan danışıb. Əslində onlar bu bölgədə - Naxçıvandakı, İğdırdakı, Gürcüstandakı türklərə qarşı soyqırım törədiblər. İğdırda 7 kəndi – Qasımcanı, Haqməmmədi, Quzeydən, Oba, Gədikli kəndindəki dinc sakinləri toplayıb qətlə yetiriblər. Atam həmin zamanlar 12-13 yaşlarında olub. O, bizə babamın öldürülməsi ilə bağlı danışırdı. Nənəm ermənilərin soyqırım cinayətlərindən danışarkən deyirdi ki, hamilə qadınların bətnindən körpələrini çıxarıb onların gözü qarşısında öldürüblər”.





İrəvanın türk mahalı olduğunu deyən Qurban Oluz, bugünkü Ermənistanın tarixi türk torpaqları olduğunu deyir:

“Atam 1903-cü ildə doğulub. O, həmişə İrəvanı türk mahalı kimi göstərirdi, Kiməsə ünvanı verəndə də İrəvan mahalı, İğdır Quberniyası deyirdi. İrəvan İğdırda, Naxçıvanda, Gürcüstanın cənubunda yaşayan türklərin mərkəzidir. Əgər ermənilər “soyqırımı” yalanını uydurmasaydılar, İrəvan mahalı 1918-ci ildə dünyanı idarə edən imperialist dövlətlər tərəfindən ermənilərə peşkəş verilməzdi. Onlar Suriya, İran, Rusiya, Gürcüstandakı erəniləri İrəvana topladı. Bugünkü Ermənistanın dörd bir yanı türklərdi. Yəni ermənilər türklərin bağrında olan bir virusdur.”

Qurban Oluz bildirib ki, Rusiyanın dəstək olduqlarına görə ermənilər həvəslənərək özlərini güclü hiss ediblər:

“Xarici ölkələr həmişə ermənilərdən istifadə edib. Əgər ruslar ermənilərə dəstək verib Qarabağı işğal etməsəydilər, bu gün Qafqaz ölkələrinə təsir edə bilməzdilər. Bu bölgədə türklər həmişə erməniləri qoruyub, onlara sahib çıxıb. İstər Osmanlı, Səfəvi imperiyalarında , istərsə də bugünkü Türkiyənin tərkibində olan ermənilər bəy balası kimi yaşayıblar. Ancaq ermənilər işğalçıların istəyi o idi ki, bölgədə olan türklər yaşadıqları yeri tərk etsin və istədikləri kimi Ermənistan dövləti yarada bilsinlər”.



Günay Arda
İğdır



Açar sözlər:

Oxunub: 11608