Deniz Baykal and içdi


23:00     23 İyun 2015 97675.jpg

Türkiyə Böyük Millət Məclisində yeni dövr başlayır.

Femida.az-ın məlumatına görə, yeni seçilən millət vəkilləri bu gün and içməyə başlayıblar. Mərasimdən öncə Türkiyənin İstiqlal marşı oxunub.

Ən yaşlı deputat kimi müvəqqəti parlament rəhbəri olan Deniz Baykal çıxış edib.

"İndi yeni parlament ilə qarşı-qarşıyayıq. Məclis bir-birinə hörmət etməyə məcbur olan insanlardan, ancaq əl-ələ verərsə, qol-qola girərsə irəliləyə biləcək olan insanlardan ibarətdir. Xalqımızın istəyi belə oldu. Uzlaşmanın təməlində hüquq, əxlaq, vətənpərvərlik olacaq".

Çıxışdan sonra ilk olaraq D.Baykal and içib.

Açar sözlər:

Oxunub: 938


Oxşar xəbərlər