DİN “ASAN xidmət” üçün işçi axtarır - ELAN


17:00     11 İyun 2016 publika.az1393684382418320_443614.jpg

Daxili İşlər Nazirliyi (DİN), Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə Qəbələ və Masallı “ASAN xidmət” mərkəzlərində vakant olan 42 kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müsabiqədə Qəbələ, Masallı və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
İştirakçıların sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Xidmətə qəbul olunmaq istəyən şəxslər bu il iyul ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri R.Behbudov küçəsi 58-də yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi; təhsil haqqında sənədin əsli; əmək kitabçası (olanlar üçün).
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-64-31, əlavə 312.

Açar sözlər:

Oxunub: 7718