Bakıda tikinti şirkətinə basqın - Yaralananlar var
17:41 11 İyun 2016
Bakıda tikinti şirkətinə basqın olub.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Vüqar Babayev məlumat verib. Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib: "Şirkət həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri üçün mənzillər inşa edir. Rafael Qarayev adlı idmançı və Füzuli adlı tanışı bir qrup idmançı dostu ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb şirkətin məsul əməkdaşları Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi xüsusi amansızlıqla döyərək onlardan pul tələb ediblər. Şirkətin ölümcül döyülən əməkdaşlarının hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri ağırdır".
Vəkil bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanıb.
Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləsələr də, hazırda hadisə ilə bağlı saxlanılan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.
Femida.az
Oxunub: 2234
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik