Rusiyada təyyarə radardan itib


13:41     12 İyun 2016 740ca41dc9fc35012c394e3c482b0d0b.jpg

Rusiya Federasiyası Altay Respublikasında göyərtəsində 2 nəfərin olduğu yüngül mühərrikli Agroprakt” A-33 markalı şəxsi təyyarə radarlardan itib.


Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir Regional Mərkəzindən təyyarənin dünən axşam Ust-Koks aeroportundan Tyuquryuka uçduğunu bildiriblər.

Rusiya vaxtı ilə saat 2:00-da (Bakı vaxtı ilə 3:00) aeroportdan qalxan təyyarə ilə əlaqə qurmaq mümkün olmayıb. Hazırda xilasedicilər “Mi-8” vertolyotu ilə təyyarənin axtarışına cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1247