Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib


20:00     12 İyun 2016 cahangir%20h.jpg

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın axtarışa verilməsi ilə bağlı fakt təsdiqlənib.


Z. Hacıyevanın dövlət tərəfindən təyin edilmiş vəkili Səxavət Şahbazov Trend-ə bildirib ki, iyunun 1-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində həbs qəti imkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib.

Vəkil bidirib ki, Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir.

"Mən, dövlət tərəfindən vəkil təyin edildiyimə görə, Zamirə Hacıyevanın müqaviləli vəkili deyiləm. Ona görə də Azərbaycanda olmadığı üçün onunla əlaqə saxlamamışam", - vəkil bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1297