Poroşenko: “Ukraynada federallaşmaya yol verilməyəcək“


02:25     24 İyun 2015 poro.jpg

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Konstitusiya islahatı çərçivəsində Ukrayna hakimiyyəti federallaşmaya getməyəcək.


“Heç bir federallaşmaya yol verilməyəcək. Təhlükəsizlik, müdafiə, ictimai asayiş, xarici əlaqələr, ölkənin bütövlüyünü təmin edən əsas məsələlər istisna olaraq dövlət hakimiyyətinin səlahiyyətlərinə aid olacaq”, deyə Poroşenko qeyd edib.

Kiyevin hazırladığı Konstitusiya dəyişiklikləri üçsəviyyəli yerli idarəetmə sisteminin tətbiqini nəzərdə tutur.

Açar sözlər:

Oxunub: 703