İlham Əliyev DSX-nin yeni gəmisində
15:34 13 İyun 2016
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.
Femida.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlət başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.
Məlumat verilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Dövlət başçısı gəmidə yaradılan şəraitlə tanış olub.
Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.
Femida.az
Oxunub: 1506
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir