“Əlil”, “şikəst” yazmaq düzgündürmü? - ARAŞDIRMA


19:18     24 İyun 2015 elil.jpg

Media insan haqlarını nə dərəcədə qoruyur?

Mətbuatın bu gün cəmiyyətdə rolu danılmazdır. İnsanlar gündəlik məlumatı və informasiyanı məhz mətbuat vasitəsilə alırlar.
Həmçinin mətbuat insanların maarifləndirilməsi rolunu da yerinə yetirir. Buna görə də hər hansı yazıda gedən söz və birləşmələr ciddi məsuliyyət tələb edir.

Femida.az bu gün mətbuatda tez tez işlədilən “şikəst”, “əlil” və bu kimi sözlərin nə dərəcədə düzgün olması, insane haqlarına zidd olub-olmaması ətrafında araşdırma aparıb.
Bununla əlaqəli suallarımızı peşəkarlar cavablandırdı.

Mətbuatda “əlil”, “şikəst” ifadələrinin işlədilməsi insan hüquqnun pozulması hesab oluna bilərmi?

Hüquqşünas Cəmil Adışov :
Əlil sözünün işlədilməsi insan haqqlarına zidd deyil. Misal üçün “Əlillərin hüquqları haqqında” Konvensiya var. Demək ki, burada əlil sözü insan haqqlarına ziddiyyət təşkil edir. O cümlədən şikəst sözü cəmiyyət içində deyimdir. Əlil və ya Şikəst - hər ikisi müxtəlif normativ hüquqi aktlarda öz əksini tapır. Qanuna nəzər salsaq, Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 2-ci bəndi orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır.

Hüquqşünas Elçin Qədirov:
Qanunvericiliyə əsasən əlil anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Şikəstlik hələ əlillik demək deyil. Əlillik rəsmi müəyyən olunur və əlil hesab edilmiş şəxsin sosial müdafiəsi dövlət dövlət tərəfindən həyata keçirilir. Əlil ifadəsindən istifafə olunması hüquqi baxımdan zidd deyil. Ümumiyyətlə, əlillik isə öz növbəsindən sosial çatışmazlıqdır. Bu ifadə sağlamlığında problemi olan hər bir kəsə aid edilə bilər. Lakin qanunvericilikdə bu ifadə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aiddir.

Hüquqşünas Rafael İsmayılov:

Əlil sözünün əvəzinə daha çox `əlilliyi olan şəxs` sözü istifadə olunur. Eləcə də eşitmə qabiliyyəti, danışma qabiliyyəti məhdud olan şəxslər. Konvensiyalarda da bu cür yazılır.

Jurnalistika kafedrasının müəllimi, politoloq Mütəllim Rəhimli:

Hər bir cəmiyyətdə fiziki baxımdan qüsurlu insanlar var. Lakin onların ictimai, siyasi proseslərdən sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün bərabər imkanların yaradılması istiqamətində ciddi addımlar atılır. Belə şəxslərin cəmiyyətə inteqrasiyası üçün həm qanunvericilik bazası yaradılır, həm də ictimai işlər aparılır. Azərbaycanda da fiziki qüsuru olan insanların adaptasiyası üçün xeyli işlər görülür. Lakin qanunvericilikdə onların “əlil”, “şikəst” adlandırıldığı təqdirdə hər hansı cəza nəzərdə tutulmayıb. Əslində bunun qanunvericiliyə salınması düzgün başa düşülməzdi. Çünki bizim xalqın milli-mənəvi dəyərləri kifayət qədər zəngindir. Ona hər bir şeyin qanunla qadağan edilməsi vacib deyil. Sadəcə olaraq cəmiyyətdə uğurlu təbliğat kompaniyasının aparılması fiziki qüsurlu insanlara adekvat münasibəti formalaşdırar.



Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3982


Oxşar xəbərlər