Sabiq nazir 8,5 milyon dolları basdırarkən tutuldu

Sabiq nazir 8,5 milyon dolları basdırarkən tutuldu


13:52     15 İyun 2016 13434770_644136049071263_4088165354759628127_n.jpg

Argentinanın sabiq ictimai işlər naziri Xose Lopes monastırın ərazisində 8,5 mln. dolları basdırmağa çalışarkən polis tərəfindən saxlanılıb.


Femida.az xəbər verir ki, məlumata görə, əraziyə kənar şəxsin daxil olması barədə anonim telefon zəngi əsasında Buenos-Ayresin ətrafında yerləşən monastıra gələn polis əməkdaşları keçmiş naziri qeyri-adi işlə məşğul olduğunu aşkarlayıblar.

Lakin Lopes özünü itirməyib və polis əməkdaşlarına rüşvət verməyə cəhd edib. Bu üsulun alınmadığını görən sabiq məmur keşişlərə müraciət edərək pulu monastıra ianə vermək məqsədilə əraziyə gəldiyini, lakin polisin buna imkan vermədiyini və pulları ondan oğurlamaq istədiyini bildirib.

Məlumata görə, Lopes, təxminən 8,5 milyon dollar məbləğində olan və 160 bağlamaya bükülmüş ABŞ dolları, avro, Yaponiya iyeni və Qətər rialı kimi müxtəlif valyutada olan pulları monastırın ərazisində torpağa basdıraraq, gizlətmək istəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 17784