Maşın ağaca çırpılıb, ölən var


14:00     15 İyun 2016 6ca1eavtomobil-agac.jpg

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "LİFAN" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

Nəticədə, sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 1216