Əvvəlcə döyüb, sonra qolunu bağladılar - Sumqayıtda cinayət


15:53     15 İyun 2016 cinayet%20qadin%20kisi9.jpg

Sumqayıtda maskalı şəxslər yük avtomobilinə basqın edib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb.

Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən üç maskalı şəxs onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Açar sözlər:

Oxunub: 1456