Cahangir Hacıyev “Bank Technique”-ə gətirilir
22:15 15 Aprel 2015
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilir.
Femida.az xəbər verir ki, bu barədə lent.az-a “Bank Technique”dəki mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın günlərdə Müşahidə Şurasının müvafiq qərarı ilə C. Hacıyev bu vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, aprelin 2-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, həmin gün İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C. Hacıyev tutduğu vəzifədən azad edilib.
Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.
Femida.az
Oxunub: 529
Oxşar xəbərlər
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Cahangir Hacıyev və Dünyamin Xəlilovun işi ilə bağlı yeni apellyasiya baxışı təyin olunub
- Zəngilan rayonunun Cahangirbəyli kəndi
- Prezident Cahangir Əsgərovu təltif etdi
- Cahangir Hacıyev Ali Məhkəməyə şikayət verdi
- Cahangir Hacıyevin şikayəti təmin edilməyib
- Cahangir Hacıyevin ərizəsi təmin edilməyib
- Məhkəmə Cahangir Hacıyevin cəzasını azaldıb - QƏRAR
- Jurnalist Cavanşir Cahangirov vəfat edib
- Cahangir Hacıyev bəraət istəyib