84 yaşlı kişi özünü asdı - Zaqatalada


22:45     15 İyun 2016 meyit82.jpg

Zaqatalada intihar hadisəsi baş verib.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün saat 14:00 radələrində Zaqatala rayon Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub.

Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1293