Feysbuk intiharın qarşısını alacaq

Feysbuk intiharın qarşısını alacaq


04:05     16 İyun 2016 facebook1.jpg

Feysbuk sosial şəbəkəsi intihar cəhdlərinin qarşısını almaq üçün yeni funksiya işə salacaq.


Bu barədə "Nyu York Tayms" nəşri xəbər verib.

Hər hansı istifadəçi öz səhifəsindən intihar edəcəyi barədə paylaşım, yaxud da buna işarə edən status yazarsa, Feysbuk bu funksiya vasitəsi ilə həmin şəxsi axtararaq intihar fikrindən yayındırmağa çalışacaq. İstifadəçilər bir klik edərək qaynar xəttə zəng vura, yaxud da problemi özləri həll edə bilərlər.

Qeyd olunur ki, intihar mesajları moderatorlarla tez bir şəkildə izlənilərək yoxlanılacaq. Eləcə də funksiya sutka ərzində fəaliyyət göstərəcək.

Bu yenilik artıq ingilisdilli seqmentdə sınaqdan keçirilib. Tezliklə digər dillərdə də bu yenilik fəaliyyətə başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2742