Qiymətli metallar ucuzlaşıb


15:12     18 İyun 2016 2015-05-14-09-34-14qizil-liderxeber-640.jpg

Dünya bazarında qiymətli metalların qiymətində uculzaşma qeydə alınıb.


Femida.az-ın xəbərinə görə, COMEX-də qızılın unsiyası 3,60 dollar ucuzlaşaraq 1 294,80 dollara olub. Gümüş isə 0,20 dollar azalaraq 17,41 dollar təşkil edib.

Amerika və Avropa fond indekslərinin qiymətində dəyişiklik qeydə alınıb. Belə ki, Amerika fond bazarında Dow Jones indeksi 0,33% - 17 675,16 bəndədək, S&P 500 0,33% - 2 071,22 bəndədək, NASDAQ 0,92% - 4 800,34 bəndədək azalıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 1,19% - 6 021,09 bəndədək, Almaniya DAX-ı 0,85% - 9 631,36 bəndədək, Fransa CAC-40-ı 0,98% - 4 193,83 bəndədək bahalaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1497