Oqtay Əsədov Rusiyaya gedir


22:33     15 Aprel 2015 oqtay.jpg

O, MDB Parlamentlərarası Assambleyasının iclasına qatılacaq

Milli Məclisin sədri Oqtay Əsədov başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Rusiyanın Sankt-Peterburq şəhərinə rəsmi səfərə gedəcək.

Parlamentin mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi MDB Parlamentlərarası Assambleyasının növbəti iclası və 1941-45-ci illər İkinci Dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərə qatılmaqdır.

İkigünlük səfər çərçivəsində O.Əsədovun Rusiyanın və MDB-nin digər ölkələrinin rəsmi nümayəndələri ilə bir sıra görüşü planlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 637