Binalarda yanğın təhlükəsi - VİDEO


18:21     25 İyun 2015 740550_46254.jpg


19 may 2015- ci il tarixdə Binəqədi rayonunda yerləşən binada baş verən yanğın təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Femida.az bu gün yeni tikilən binalarda yanğından mühafizə sistemlərinin quraşdırılması və təhlükəsizlik mövzusu ətrafında araşdırma aparıb.

Əvvəlcə qeyd edim ki, köhnə tikililərin quruluşuna diqqət yetirsək görərik ki, onlarda yanğın təhlükəsizliyinə aid ələmtlərə rast gəlinir. Misal üçün köhnə binalarda qonşu eyvanların arasında olan arakəsmənin quraşdırılması məhz təhlükəsizliklə bağlı idi. Bu gün əhali mənzilin ərazisini genişləndirmək məqsədilə arakəsmələri götürüb,yerini kərpiclə hörürlər. Bu da təhlükə zamanı xilas yollarını bağlamaq deməkdir. Bu, tamamilə yolverilməz haldır.Həmçinin binalara diqqət yetirsək arxa hissələrdə qəzalardan xilas olmaq üçün ehtiyat çıxış pilləkənləri mövcuddur. Onlar adətən dəmirdən ibarət olur.Bu gün bunlara rast gəlinmir.
Yeni tikililərdə də vəziyyət heç də ürək açan deyil. Belə ki, tikililərin çoxunda bloklar bir pilləkənlidir və bir də liftdən ibarətdir. Başqa heç bir çıxış da yoxdur. Bircə blokda quraşdırılan pəncərələr var .Onlardan da havalandırmaq üçün istifadə edilir. Balkondan isə qonşu balkonlara keçid belə yoxdur.

Yeni tikililərin yanğından mühafizə işinin təşkilinə mane olan amillərdən biri maşın dayanacaqlarının olmamasıdır. Bu da yanğının söndürülməsinə və yayılmasının qarşısının alınmasına ciddi əngəllər törədir.
Tikinti zamanı ara məsafəsinin olmaması da ciddi məsələdir. Yanğından mühafizə normalarına görə nəzərdə tutulan ara məsafəsi yeni tikililərdə nəzərə alınmayıb. Bəzən çoxmərtəbəli binalarda sakinlər layihə üzrə nəzərdə tutulan konstruksiyanı dəyişdirirlər. Bu, tamamilə yolverilməz haldır.Əgər bir binanın mənzilində yanğın baş veirsə, bu digər qonşu binalara da yayılr və ziyanın miqdarı da çoxalır.Bunu rəsmi statistika da təsdiq edir.

Rəsmi Statistikaya görə, 2013-cü illə müqayisədə 2014-cü ildə yanğın hadisələri 23 faiz artmışdı. Lakin keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il yanğınlar təxminən 10-15 faiz azalıb. Yanğınlar əsasən yaşayış sektorunda çox olur.

Insanlar yanğın zamanı nə etməli?

Fövqəladə Hallar Nazirliyinin ictimaətə maarifləndirmə video-çarxlarda əhalini yanğın baş verən zamanı təşvişə düşməməyi, 101 - Yanğından Mühafizə Xidmətinə və 112 - Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət müraciət etməyi tövsiyə edir.
Müraciət zamanı ünvanı dəqiq demək lazımdır, öz adını, telefon nömrəsini bildirmək lazımdır. Ünvanı deyərkən ora yaxın olan hər hansı oriyentiri də mütləq qeyd edilməlidir. Bundan əlavə insanlar özləri ilkin tədbirlər görə bilərlər.Yanğınsöndürənlər gələnə qədər yanğın su kranlarından, od söndürücülərdən, sudan, yanmayan materialdan təhlükəsiz şəkildə istifadə edərək yanğını söndürməyə çalışmaq olar.
Unutmayaq ki, hər birimizin təhlükəsizliyi öz əlindədi.




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3624