AKP-MHP əməkdaşlığı - HDP-dən imtina edildi


17:25     25 İyun 2015 akpp.jpg

Baş nazir Əhməd Davudoğlu qurulacaq koalisiya ilə bağlı AKP millət vəkillərinin mövqeyini öyrənmək üçün onlarla görüş keçirib. Maraqlısı ondan ibarətdir ki, millət vəkilləri HDP ilə əməkdaşlıqdan tamamilə imtina ediblər.


Fedmida.az Türkiyənin ”Milliyyət” qəzetinə istinadən xəbər verir ki, TBMM-də and içərək rəsmən vəzifələrinin icrasına başlamış AKP millət vəkilləri Baş nazir Əhməd Davudoğlu ilə görüşüb.

9 saat davam edən görüşdən çıxan nəticə ondan ibarətdir ki, AKP millət vəkilləri HDP ilə hər cür əməkdaşlıqdan uzaq duracaqlar.

“Fikirlərinizi sərbəst ifadə edin”

Əldə olunan məlumatlara görə, Əhməd Davudoğlu görüşün əvvəlində millət vəkillərinə “Nə düşünürsünüzsə açıqca söyləyin, rahat olun. Sərbəstcə mövqeyinizi ortaya qoyun. Səmimi şəkildə fikirlərimizi paylaşaq ki, qəbul etdiyimiz qərar da uğurlu alınsın” – deyə çağırış edib.

HDP – yə qapılar tamamilə qapanır...

AKP millət vəkilləri yekdilliklə MHP ilə uzunmüddətli koalisiyanın qurulmasının vacibliyini vurğulayıblar Onlar MHP-nin AKP-yə çox yaxın bir partiya olduğunu qeyd ediblər. AKP millət vəkilləri həmçinin yekdilliklə HDP ilə heç bir halda əməkdaşlıq etməyəcəklərini də vurğulayıblar.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1376