Xarici kəşfiyyata işləyən həmyerlimiz


18:30     25 İyun 2015 xarici%20kk9.Jpeg

Deyilənə görə, Almaniyanın “Frankfurter Allgemeine” qəzetinin Kristof Bekker adlı əməkdaşı Bakıətrafı ərazilərdə apardığı müşahidələr “əsasında” məqalə hazırlayıb. Ölkədə söz azadlığının olmadığını iddia edib hər türlü hədyanlar tirajlayan bir qəzet yazıb ki, almaniyalı jurnalistin Bakı haqqında məqaləsi var və orada guya paytaxtımızın hətta bizim belə görmədiyimiz tərəflərinə işıq salınıb.


Məqalənin orijinalını isə təqdim etmək “yaddan çıxıb”... Biz nə qədər göz gəzdirsək də bir nəticə hasil edə bilmədik. Görünür bu məqalə “Frankfurter Allgemeine”nin elə bir küncündədir ki, onu biz görə bilmirik... Amma olsun, deyək ki, belə bir məqalə həqiqətən də yazılıb və bütün günü internetin axtarış sisteminə manyakal tərzdə işgəncə verərək Azərbaycana qarşı material axtaranlar bunu dərhal fiksə ediblər. Ona da inanaq ki, bizə təqdim olunmuş tərcümədə hər hansı təhrifə yol verilməyib və həmin bu Kristof Bekker oxuduqlarımızın hamısına şəxsən müəlliflik edib.

***

Sözügedən məqalə quramalar və böhtanlarla doludur... Təqdimatdan belə anlaşılır ki, Bakının ətrafı sivilizasiyadan uzaq düşüb və həmin ərazilərdəki çirk-pas dizə qalxır... Maraqlıdır, Almaniyadan gələn bu jurnalistin fotoaparatını kim əlindən alıbmış ki, o, gördüklərini lentə köçürə bilməyib? Yəni onun heç mobil telefonu da olmayıb ki, həmin o “dəhşət saçan” ərazidən heç olmasa bircə şəkil çəkib oxuculara göstərə bilsin? İnandırıcı deyil, avropalı jurnalisti mobil telefonsuz təsəvvür etmək çətindir. Elə isə “çirkab dolu” küçələrin vəziyyətindən ağız dolusu danışan o müxbir oturduğu maşının içərisindən təsvir etdiyi zibilli məhəllələrin görüntüsünü kameranın yaddaşına köçürməyi niyə lazım bilməyib? Görəcən müxbirin yanındakı bələdçi - ilana ağu verən kərtənkələ onun yadına niyə salmayıb ki, yazılanlara “möhür vurmaq” üçün şəkillər də çəkmək lazmdır? Hər halda deyə bilərdi ki, ayə, ay nemes, “zibilliyin” şəkillərini də çək ki, sabah kimisə yazdıqlarına inandıra biləsən. Tələsirmişlər deyəsən... Qorxublar ki, birdən gəlib onları apararlar... Axı bu adamlar hesab edirlər ki, Azərbaycanda insan haqları “kobud şəkildə pozulur”, söz azadlığından, fikir prüalizmindən isə danışmağa dəyməz. Guya buralarda insanları düz yolla getdikləri yerdə tutub dama basırlar... Bu qədər özünü təkzib etməkdən, bu qədər ağ yalanlar danışmaqdan yorulmurlarmı, usanmırlarmı? Amma yox, çörəyini yalan istehsal etməklə qazananlar zatən başqa cür davrana bilməzlər. Bu adamları sanki kodlaşdırıblar, zombiləşdirib atıblar mətbuata, sosial şəbəkələrə ki, bir ucdan yalan üyüdün, yaxşı nə varsa hamısına kölgə salmağa çalışın...

* * *

Əgər Azərbaycanda söz azadlığı yoxdursa onda bu ƏLİ yanlılar alman müxbirinin uydurmalarını öz qəzətlərində necə dərc etdirə bilirlər? Əgər Azərbaycanda söz azadlığı yoxdursa, onda sosial şəbəkələrdə yazdıqları təhqirlər nəyin göstəricisidir? Ağzı əmzikdən təzəcə ayrılan küçə uşaqlarını “demokratiya mücahidinə” çevirib onlara istədikləri adamı söydürənlər Fransadakı “SAATsazları”nın hazırladığı verilişləri ölkə içində rahatca yayımlaya bilirlərsə, bunun özü sözə verilən aşırı azadlıq deyilmi? Bunlar söz azadlığının necə boğulduğunu görməyiblər. Bunlar həmin bu azadlığın var olan bütün dəliklərinə paz çalınan ölkələrdə yaşamayıblar... Elə ona görə də gözlərini yumub, ağızlarını açırlar. Məmur, ziyalı, ağsaqqal, ağbircək demədən hamını söyür, heysiyyata toxunur, tərbiyyəsizliyin ən müxtəlif nümunələrini göstərirlər. Azərbaycanda söz azadlığı boğulsaydı, demokratiyadan əsər-əlamət olmasaydı onda gərək hər gün yüzlərlə sosial şəbəkə istifadəçisi həbs olunaydı, hər gün bir-iki jurnalistin əli qandallanaydı... İftiralarla dolu gündəlik qəzet çıxaranlar doğrudanmı fərqində deyillər ki, bunu söz azadlığının olmadığı ölkədə edə bilməzdilər? “Youtube”nin qapıları hər kəsin üzünə açıq, sosial şəbəkə istifadəçilərinin sayı milyonu ötüb, mətbələr kimdən nə gəldisə çap edirlər, qəzet, jurnal çıxarmaq istəyənlər cəmi iki günə təəsisçiyə çevrilirlər, internet portalların sayı itirilmə həddindədir, əhali peyk antenləri vasitəsilə tərəqqipərvər bəşəriyyətlə sıx əlaqədədir və sairə və ilaxır. Bax, bütün bunlar ölkə vətəndaşlarının informasiya alması və satması üçün yaradılmış şəraitin ayrı-ayrı elementləri deyilmi? Söz azadlığını hansı tində, hansı dalanda boğurlar ki, bunu ancaq hayküyçü briqadanın üzvləri görür və hiss edirlər? Əgər dövlətə xəyanətə və müxtəlif maliyyə maxinasiyalarına görə qanunvericliyin tələb etdiyi cəzalar icraata yönəldilirsə, bunu artıq kimsə qələt edib “söz azadlığının boğulması” və ya “insan haqlarının pozulması” kimi qiymətləndirə bilməz. Kimsə istəyirsə ki, dövlətin maraqlarına zərər yetirəcək fəaliyyətlə məşğul olub sonra da Bakının küçələrində rahatca hərəkət etsin, bu, mümkün olmayacaq. Cinayət varsa, cəzası da olmalıdır!

* * *

Hər şeyin bir ölçüsü olduğu kimi, həyasızlığın da əndazəsi olmalıdır. Bakıda bütün kücələrin parıltılı olmadığını yazan müxbirin “müşahidələrini” böyük həvəslə yayımlayanları hansı yolla, hansı üsulla başa salaq ki, biryolluq qulaqlarında sırğa etsinlər: Cəmi 24 yaşı olan bir dövlətdən az qala ABŞ-ın sosial-iqtisadi vəziyyətinin analoqunu tələb etmək ancaq axmaqların işi ola bilər. Bu 24 ilin 5-6 ili Azərbaycanın bir dövlət kimi təşəkkülünə, 5-6 ili onun iqtisadiyyatının və sosial sisteminin formalaşmasına həsr olunub. Qalan 10-12 il ərzində isə bəlkə də 50 ilə görülməli olan işlər reallaşdırılıb. Bir neçə ilə Azərbaycanın hər yerinin Bakı qədər parıldayacağına heç kəsin şübhəsi olmamalıdır. Guya Avropanın şəhərlərində “parıladamayan” küçə yoxdur? Avropa şəhərlərinin küçələrində rast gəldiyimiz “bomj”lar göydən tökülüblər? Axı bizim də yolumuz oralara düşür, biz də avropalı dilənçiyə, keçidlərdə qarşısına qutu qoyub çörəkpulu qazanan müsiqiçilərə pul veririrk. Avropada zibillikdə eşələnən adamları kim görməyib ki?.. Biz onları da yaxşı tanıyırıq, özümüzün də hardan hara gəldiyimizi dəqiq bilirik. Kristof Bekkerin yazdıqları ancaq ƏLİ yanlıların qəzetini doldurmağa gərəkli ola bilər. Belə sicilləmələrlə Azərbaycanda kimisə təsir altına salmaq müşgül məsələdir.

* * *

Alman müxbirini Bakının parıltısı olmayan küçələrinə aparan yaramaz bələdçi onu ermənilər tərəfindən evi yağmalanan, elindən-obasından didərgin düşən, öz dədə-baba torpaqlarından qovulan adamlarla da görüşdürə bilməzdimi? Bilərdi! Deyə bilməzdimi ki, ay Kristof Bekker, bu insanların hüquqları iyirmi ildən artıqdır ki, pozulur və bu da sənin vətəndaşı olduğun Almaniyanın və digər Avropa dövlətlərinin apardığı ikiüzlü siyasətin nəticəsidir? Əlbəttə, deyə bilərdi! Deməməsinin ancaq bir səbəbi var: bu, ona lazım deyil. Onun missiyasında dövlətə, millətə sevgi anlayışlarına yer yoxdur...

O, siyasi ambisiyası və okeanın o tərəfindən ötürülən beş quruş xatirinə dövlətini satmağa hazır olan əclafdır!

O, xarici ölkələrin kəşfiyyat orqanlarına işləməyi demokratiyaya xidmət bilən bədbəxtdir!

Onu bu yola sürükləyənlər isə birdəfəlik istifadə üçün nəzərdə tutulan nə varsa, hamısının cəmini təşkil edənlərdir – Tullantıdırlar! /azadinform/

Açar sözlər:

Oxunub: 1488