İrəvandakı etirazlar Qarabağa da keçdi


19:55     25 İyun 2015 photo_32684.jpg

Ermənistanda davam edən etiraz aksiyaları işğal altında olan Dağlıq Qarabağa da sıçrayıb. Bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Respublika Partiyasının yaradılması üzrə təşəbbüs qrupu adından bəyan edirik ki, sizin başladığınız hərəkata dərindən rəğbət hissi bəsləyir, enerjinin qiymətlərinin tənzimlənməsi, bütövlükdə iqtisadiyyat sahəsində ədalətin bərqərar olunması yolundakı səylərinizi dəstəkləyirik” - deyə özünü “Artsaxın Respublika Partiyası” adlandıran təşəbbüs qrupunun Ermənistanda davam edən mitinqlərin təşkilatçılarına xitabən yaydığı bəyanatda bildirilir.

Təşəbbüs qrupunun həmsədrləri Karen Oqacyan və Arevik Petrosyanın imzaladığı bəyanatda daha sonra deyilir: “Biz burada - Qarabağda sizin haqlı tələblərinizə qoşuluruq. Ümid edirik ki, sizin dinc aksiyalar erməni xalqının özünüdərk səviyyəsini yüksəldəcək”.

Açar sözlər:

Oxunub: 1093