İki lotereyada 82 min manat uduldu - Azərbaycanda


22:31     21 İyun 2016 blank.jpg

İyunun 13-də "Azərlotereya" ASC-nin təşkil etdiyi "Binqo" lotereyasının 276-cı tirajında 19 min manata yüksəlmiş cekpot "011116" nömrəli biletin sahibi tərəfindən qazanılıb.


İqtisadiyyat Nazirliyindən Femida.az-ə verilən məlumata görə, bundan başqa, iyunun 18-də "6/40" lotereyasının 1264-cü tirajında 62 min 910 manata yüksəlmiş cekpot "051917" nömrəli biletin sahibi tərəfindən udulub.

"Azərlotereya" ASC lotereya həvəskarlarının nəzərinə çatdırır ki, "5/36" lotereyasının cekpotu artıq 108 min 370 manat, "Klassik Loto"nun meqapotu isə 255 min manat təşkil edir.

Açar sözlər:

Oxunub: 1321