600 qrama yaxın narkotik tapıldı


18:47     23 İyun 2016 2015-04-29-15-07-19narkotik3.jpg

İyunun 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kokosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.

Bu barədə Femida.az-a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1062