İnsan alveri qurbanlarının sayı azalacaq


15:23     26 İyun 2015 ilkin.jpg

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilib


Hüquqşünas İlkin Qurbanovun sözlərinə görə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarlarına dəyişikliklərin layihələri artıq təsdiq edilib:

1. “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”
2. “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”
3. “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”
4. “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”

Təsdiq edilmiş dəyişikliklərə əsasən nəzərdə tutulmuşdur:

• Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qurbanlara hüquqi yardım göstərmə səlahiyyətinin ləğv edilməsi, insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qurbanlara hüquqi yardımın göstərilməsinə, o cümlədən onların sosial reabilitasiyasına və qurbanlar üçün xüsusi müəssisələrin (sığınacaq və yardım mərkəzi) fəaliyyətinin təşkil edilməsinə daha yaxından cəlb edilməsi;

• Xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdan kənar mütəxəssislərin cəlb еdilməsi;

• Xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazasının yaradılması;

• İnsan alveri qurbanlarına kömək Fondu sədrinin hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlaması (məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, Fondun adından tələb və iddialar irəli sürmək üzrə);

Hüquqşünas İlkin Qurbanovun sözlərinə görə dəyişikliklərin insan alverinə qarşı mübarizə fəaliyyətinin güclənməsi ilə nəticələnəcəyi ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq tərəfdaşlar tərəfindən vurğulanır.

Açar sözlər:

Oxunub: 4618