Bu gün Qədr gecəsidir

Bu gün Qədr gecəsidir


04:03     25 İyun 2016 qedr%20gecesi.jpg

Bu gecə Azərbaycanda birinci Qədr (əhya) gecəsi qeyd olunacaq.


Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə yəni bu gecəyə təsadüf edir.

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində haqqını halal etmək;

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul olmaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2458