İnsan üzərində genetik təcrübələrə icazə verilib

İnsan üzərində genetik təcrübələrə icazə verilib


04:28     25 İyun 2016 genetik.jpg

ABŞ Səhiyyə Departamenti yanında rekombinant DNT üzrə Məşvərət Məclisi Pensilvaniya Universiteti əməkdaşlarının insanlar üzərində genetik modifikasiya təcrübələri aparmaq xahişini bəyənib.


Təcrübələr üç məkanda keçiriləcək. Pensilvaniya Universiteti ilə yanaşı, Kaliforniya və Hyuston universitetləri də bu işə cəlb olunacaq. Alimlər CRISPR/Cas9 texnologiyasından istifadə edəcək. Onlar qarşılarına insanın immun hüceyrələrini yaxşılaşdırmaq məqsədi qoyurlar. Bu, melanoma, sarkoma, miyeloma və digər təhlükəli xərçəng xəstəlikləri ilə daha səmərəli mübarizə aparmaq imkanı yaradacaq.

Eksperimentlər üçün artıq 18 könüllü seçilib. Tədqiqatlar 2 il davam edəcək.

CRISPR həmçinin PD-1 geninin fəaliyyətini pozacaq. Bu gen limfositlərin fəallığını zəiflədir. Modifikasiya edilən limfositlər sonradan pasiyentin orqanizminə qaytarılır və şişə fəal həmlələr edir.

İki illik tədqiqatlara cəlb ediləcək 18 könüllü xərçəng xəstəliyinin müxtəlif növlərindən (melanoma, sarkoma, miyeloma) əziyyət çəkir. Şişlər mövcud müalicə metodlarına davamlı olmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 2594