“Türkiyə İŞİD-ə yardım edir”


17:46     26 İyun 2015 Turk-is.jpg

İngiltərənin “Daily telegraph” qəzetinin Orta Şərq müxbiri Martin Spencer İŞİD-in Kobaniyə sonuncu hücumunun Türkiyə üzərindən həyata keçirməsi iddiası uzərinə rəsmi Ankaranın müttəfiqlərini heçə sayaraq İŞİD-in önünü açdığını bildirir.


“Daily Telegraph”-ın yazısında “Orta Şərqdə dostlar düşmən, düşmənlər isə bir anda müttəfiq kimi çıxış edə bilir. Ancaq ortada bir də Türkiyə var. Bu gün heç kəs Türkiyənin hansı mövqedən çıxış etdiyini müəyyən edə bilmir” kimi fikirlər yer alıb.
Qəzetdə yer alan xəbərdə Qətər “artıq güvən verməyən Qərb müttəfiqi”, İran “Qərb ilə eyni cəbhədə döyüşən bir düşmən”, Türkiyə isə “əsl məqsədinin nə olduğu bilinməyən” bir dövlət kimi təqdim olunub.

“Jurnalistlər Türkiyə sərhədində İŞİD terrorçuları ilə rahat-rahat reportaj edirlər”.
Türkiyənin NATO-nun üzvü olmasını vurğulayan müəllif yazısında Türkiyənin Suriyadakı müxaliflərə dəstək olduğunu, onlara yardım etdiyini vurğulayır. Bu isə Ankaranın Əsəd rejiminə qarşı nifrətindən qaynaqlanır.

Müəllifin yazısında qeyd olunur ki, çoxlu sayda media işçilərinin Türkiyə-Suriya sərhəddində İŞİD terrorçuları ilə reportaj edir və rəsmi Ankara nədənsə bu reportajın baş tutmasına mane olmur.

“Nəyə görə İŞİD terrorçuları Suriya-Türkiyə sərhədində rahat hərəkət edir?”
“Əslində səbəb çox bəsitdir”.

Müəllif burada iki mühüm səbəbin olduğunu qeyd edir: Əsəd nifrəti və PKK(PYD) amili.

“İŞİD-in PKK-nın bir qolu olan PYD ilə müharibə aparması və Türkiyənin Əsəd rejiminə qarşı öfkəsi Ankaranı İŞİD-lə yaxınlaşdırmağa vadar edir.“

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 927