“AA” seriyasını hamı ala bilər? -ARAŞDIRMA


18:45     26 İyun 2015 1410517542_24160.jpg

Bu günlərdə avtomobil qəzası zamanı mətbuatın diqqətini cəlb edən fotolardan biri fiziki şəxs olduğu iddia edilən şəxsə məxsus avtomobildə “AA” dövlət nömrə nişanın vurulması oldu.

Femida.az məsələnin hüquqi tərəfini araşdırb.
Qanunda avtomobillərə nömrə nişanlarının verilməsi necə tənzimlənir?Mövzunu araşdırmaq məqsədilə hüquqşünaslara müraciət etdik.

“AA” seriyalı dövlət nömrə nişanını kimlər əldə edə bilər?

Dövlət hüququ üzrə doktor, dosent Fərhad Mehdiyev:


Eyni zamanda dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da “AA” seriyalı nömrə nişanı verilir. Yəni “AA” seriyası artıq hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Hansısa firma və şirkət təsis olunubsa, indi o müəssisələrə məxsus maşına belə seriyadan olan nömrə nişanları verilir”.“AA” seriyalı nömrə nişanının konkret olaraq 18 AZN dövlət rüsumu var. Fiziki şəxs istəsə də “AA” seriyalı nömrə ala bilməz”.

Hüquqşünas Məhərrəməli Həmidov :

Avtomobillərə nömrələrin verilməsi “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir.Belə ki, qanunun 27-ci maddəsində Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı məsələsinə aydınlıq gətirilir. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmçinin qanunda qeyri-qanuni yolla nömrələrin əldə edilməsi məsələsinə də aydınlıq gətirilir.
Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Hüquqşünas Mayıl Əhməd :

“AA “ seriyalı dövlət nömrə nişanının alınması üçün Hüquqi şəxs olmaq zəruridir.Yəni hüquqi şəxslər bu nömrəni əldə edə bilər. MMC adı ilə qeydiyyatdan keçib almaq mümkündür. Şəxsi adam adına “AA” seriyalı maşının olması qanuna ziddir.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 10509


Oxşar xəbərlər