Deputatlarımız Rusiyaya gedir


19:25     26 İyun 2016 1442822061_milli-meclis.jpg


Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasında iştirak etmək üçün iyunun 27-dən iyulun 1-dək Rusiya Federasiyasında səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Moskva şəhərində keçiriləcək toplantıda QDİƏT regionunda iqtisadi əməkdaşlıq vasitəsi ilə sülhün, sabitliyin və firavanlığın təmin olunması ilə əlaqədar müzakirələr keçiriləcək, quruma üzv dövlətlərdə qaçqınların vəziyyətinə dair fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 1551