“Avro-2016“: Daha 3 oyun keçiriləcək


19:13     26 İyun 2016 avro%202016.jpg

Bu gün Avropa Çempionatında 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.


Femida.az-ın məlumatına görə, günün ilk görüşündə ev sahibi Fransa İrlandiya ilə üz-üzə gələcək.

İkinci matçda isə Almaniya və Sovakiya münasibətlərə aydınlıq gətirəcək. Günə Macarıstan – Belçika oyunu ilə yekun vurulacaq. Avropa çempionatı - 2016 1/8 final mərhələsi


26 iyun

17:00. Fransa - İrlandiya

Baş hakim: Nikola Ritsoli

Lion. Şəhər stadionu


20:00. Almaniya - Slovakiya

Baş hakim: Şimon Marçinyak Lill.

“Pyerr Morua” stadionu


23:00. Macarıstan – Belçika

Baş hakim: Milorad Maziç

Tuluza. Şəhər stadionu

Açar sözlər:

Oxunub: 1345