Bakıda 60.000 manata nömrə satılır


01:21     27 İyun 2016 bezymyannyj.jpg

Bakıda 60 000 manata “zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi satılır.



Femida.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq elan saytların birində yerləşdirilib.

Fəxri adlı istifadəçi elanda qeyd edib ki, (050) 666-66-66 mobil telefon nömrəsini 60 000 manata satılır.

Qeyd edək ki, daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Açar sözlər:

Oxunub: 2669