Borclunun qazancından nə qədər pul tutula bilər?


14:13     27 İyun 2016 4242_600x400.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Borclu şəxsin əmək haqqından aylıq hansı məbləğdə pul tutula bilər?

Sualı vəkil Asif Abdullayev cavablandırdı.

Asif Abdullayev bildirdi ki, borclunun gəlirlərindən 50%-dən artıq məbləğ tutua bilməz:

“İcra haqqında qanuna əsasən, borcun ödənilməsi borclunun əmək haqqına və digər gəlirlərinə yönəldikdə, borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır”.

Vəkil onu da əlavə etdi ki, müstəsna hallarda gəlirin 70%-ə qədər hissəsi də tutula bilər:

“Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulma 70 faizə qədər ola bilər”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1475