FHN-in zabitləri Rusiyadan geri dönür


15:39     27 İyun 2016 fhn%20fov.jpg

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Akademiyasında buraxılış mərasimi keçirilib.


Moskva vilayətinin Ximki şəhərində yerləşən Rusiya Mülki Müdafiə Akademiyasında keçirilən mərasimdə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov, akademiyanın rəis heyəti, Rusiya Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirliklərinin nümayəndələri, hərbi attaşelər və məzun zabitlər iştirak ediblər.

Mərasimdə çıxış edən V. Puçkov akademiyanı bitirən məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: "Bu gün bizim məzunlarımız arasında xarici ölkələrin mülki müdafiə orqanlarının zabitləri də var. Onlar Rusiya Mülki Müdafiə Akademiyasında təhsillərini bitirib vətənlərinə yollanırlar. Əminəm ki, bu məzunlar işlərində məsuliyyətli olacaqlar. Çünki bizim peşə məsuliyyəti ən çox tələb edən peşələrdən biridir".

Daha sonra akademiyanı bitirən məzunlara diplomlar təqdim edilib.

Akademiyanı bitirənlər arasında Azərbaycan FHN-in zabitləri də var. Azərbaycanlı zabitlərə diplomları Azərbaycanın Rusiyadakı hərbi attaşesi, polkovnik Rac Babayev təqdim edib.

Qeyd edək ki, bu il Azərbaycan FHN-in 5 zabiti- mayor Amil Ağamalıyev, mayor Elnur Əfəndiyev, kapitan Nurəddin Rəcəbov, kapitan Faqil Mirzəyev və baş leytenant Kərəm Kazımov Rusiya Mülki Müdafiə Akademiyasında təhsilini başa vurub, 3 zabiti isə akademiyada magistr pilləsi üzrə təhsilini davam etdirir. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1311