İtalyan jurnalist Azərbaycandan yazdı


04:41     29 İyun 2016 13512092_980921718672495_1071169562611983010_n.jpg

İtaliya mətbuatı Bakıda keçirilən Formula-1 yarışından yazıb.


Femida.az xəbər verir ki, “Dazebaonyus” analitik-informasiya portalında italyan jurnalist Marko İakonettinin paytaxtımızda keçirilən Formula-1 yarışlarından bəhs edən “Bakı, Formula-1-in sonuncu həddi. Çətinlik aşılıb” adlı məqaləsi dərc edilib.

Müəllif Azərbaycanın Formula-1 yarışlarını keçirməsindən və SOCAR-ın 2016-cı il Avropa Çempionatına sponsorluq etməsindən söz açıb. Məqalədə həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fikirlərinə də yer verilərək bildirilir ki, Azərbaycan paytaxtının gözəlliklərini və ölkənin əldə etdiyi inkişafı dünyaya tanıtmaqda Formula-1 yarışı əhəmiyyətlidir və son dövrlərdə turistlərin sayında artım müşahidə edilir.

Bundan başqa, Azərbaycanın Avroviziya-2012 mahnı müsabiqəsinə, 2015 Avropa Oyunlarına ev sahibliyi etməsi və digər mötəbər tədbirlərin ölkəmizdə keçiriləcəyi diqqətə çatdırılır.

Yazıda Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgə yaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyini bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1412